1639
13:00
01 Avqust 2020

Azərbaycan millisində çalışacaq 4-cü italiyalı: analiz üzrə məşqçi


Azərbaycan milli komandasının məşqçilər korpusunda yer alacaq daha bir mütəxəssis müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Canni De Byazinin üçüncü həmyerlisi Federiko Turritsiani olacaq.

O, matçların analizi üzrə məşqçi vəzifəsini tutacaq.

Qeyd edək ki, De Byazinin daha iki həmyerlisini yığmamıza gətirəcəyi bəlli idi. Bunlar Benni Karbone və Klaudio Beluççidir.