12:34
29 İyul 2020

Rusiyada son sutkada 5 475 nəfər COVID-19-a yoluxub


Rusiyada son sutka ərzində daha 5 475 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 828 990 nəfərə çatıb.

Son sutka ərzində 169 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 673 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 620 333 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.

Fərid Əkbərov

Dİgər xəbərlər