Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərin axtarılması, qalıqlarının aşkar edilərək ekshumasiya olunması, identifikasiyası və ailələrinə təhvil verilməsi istiqamətində sistemli fəaliyyətini davam etdirir.
Lent.az xəbər verir ki, bu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı icmal məlumatda əksini tapıb.
Qeyd edilib ki, 2026-cı ilin avqust ayında 5 insan qalığı aşkar edilərək ekshumasiya olunub, ümumi say 910-a çatıb. Kimliyi müəyyən edilmiş 21 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunub, ümumi say 267-yə çatıb.
DNT və hkəmə-tibbi üsullarla identifikasiya edilmiş itkin düşmüş şəxslərin ümumi sayı 328 olaraq qalır.
İndiyədək 32 kütləvi dəfn yeri aşkar edilib.