14:27
28 İyul 2020

Gündəlik dəmir ehtiyacı: hər gün nə qədər qəbul edilməlidir?

İnsan orqanizmi üçün faydalı və vacib olan minerallardan biri də dəmirdir. Dəmir çatışmazlığı zamanı anemiya meydana gəlir və insan özünü zəif, yorğun, ləng hiss edir. Orqanizmə enerji verən dəmir tərkibli qidalardan istifadə etmək, insanın daha dinc və güclü olmasına kömək edər.

Bəs görəsən orqanizmin gündəlik dəmirə olan tələbatı nə qədərdir və onu hansı qidalardan əldə etmək mümkündür?


Lent.az xarici KİV-ə istinadla bu sualların cavabını sizə təqdim edir.
Orqanizmdə dəmir çatışmazlığı, qanın qırmızı hüceyrələrinin az olması deməkdir. Bu zaman qanda hemoqlobinin səviyyəsi aşağı düşür və toxumalar lazımınca oksigenlə təmin oluna bilmir.
Həmçinin dəmir immuniteti gücləndirir, metabolik proseslərdə iştirak edir, fiziki və əqli işin məhsuldarlığını artırır.
Orqanizmdə dəmir çatışmazlığı, el arasında “qan azlığı” kimi tanınan problemə gətirib çıxarır.
Gündəlik dəmir ehtiyacı aşağıdakı kimi hesablanır:
Dəmir çatışmazlığı olan kişilər üçün bu miqdar 10 mq.
Qadınlar üçün 18 mq.
Hamiləlik dövründə olanlar üçün 27 mq.
Süd verən qadınlar üçün 18 mq.
Yeniyetməlik dövründə olan uşaqlar üçün 15 mq.
Azyaşlılar üçün 10 mq. olaraq bilinməkdədir.
Gündəlik dəmir mineralının istifadəsinin miqdarı təxminən 2-3 mq. qədərdir. Bu az miqdarda dəmirin orqanizmə qəbul edilməsi üçün uzun səy lazımdır. Tərkibi dəmir ehtiva edən qidalardan bol-bol istifadə etmək orqanizmin dəmir ehtiyacını ödəməyə kömək edəcəkdir.
Dünyada insanların ən çox qarşılaşdığı problemlərdən biri olan qan azlığına qadınların 35 %-də, kişilərin isə 20 %-də rast gəlinir. Tərkibində dəmir mineralı olan qidalardan istifadə etmək bu xəstəliyin qarşısını almağa kömək edir. Həmin qidalara, ərik qurusu, kişmiş, quru meyvələr, qırmızı ət, qaraciyər, bəkməz, taxıl, yumurta, kələm, lobya, çuğundur, kartof, qoz-fındıq, badam, şaftalı, armud, xurma, balqabaq və balıq daxildir.


Banu

Dİgər xəbərlər