13:29
22 İyul 2020

Türkiyəni ayağa qaldıran cinayət: Tələbə qızı yandırıb, çəlləkdə basdırdı - FOTO - VİDEO

Türkiyənin Muğla vilayətində itkin düşən 27 yaşlı tələbə qızın cansız bədəni meşədə tapılıb.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, 5 gündür itkin düşən tələbə Pınar Gültəkinin axtarış işlərinə polis və jandarma dəstələri də cəlb olunub. Aparılan axtarış işləri nəticəsində gənc qızın meyiti Menteşe qəsəbəsindəki Yerkəsik məhəlləsindəki meşəlikdə tapılıb. Hadisə yerinə baxış keçirilən zaman P.Gültəkinin yandırılıb çəlləkdə üzərinə beton töküldüyü, daha sonra isə çəlləklə birgə torpağa basdırıldığı müəyyən edilib.

Tələbə qızın bədəni məhkəmə-tibbi ekspertiza üçün Muğla Ədliyyə Tibb İdarəsinə göndərilib.

Cinayəti törətməkdə şübhəli bilinən C.M.A saxlanılıb. Şübhəli Pınar Gültəkini öldürüb çəlləkdə torpağa basdırıdğını etiraf edib.

Hadisə ilə bağlı İstanbul Bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara Bələdiyyə sədri Mənsur Savaş rəsmi "Twitter" hesablarında paylaşım ediblər.

Dİgər xəbərlər