Almaniyada erməni təxribatına növbəti etiraz - FOTO - VİDEO
18 iyul 2020 22:24 (UTC +04:00)

Almaniyada erməni təxribatına növbəti etiraz - FOTO - VİDEO


Bu gün Almaniyanın Düsseldorf şəhərində yaşayan soydaşlarımız mərkəzi küçələrin birində Ermənistanın hərbi təxribatına etiraz və Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə yürüş keçiriblər.

Bu barədə APA-ya Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

N.Abdullayevin sözlərinə görə, məqsəd Qarabağ həqiqətlərini, eləcə də Ermənistan ordusunun həyata keçirdiyi təxribatları alman xalqına çatdırmaq olub. 

Aksiya iştirakçıları yürüşdə “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirərək ordumuz dəstək nümayiş etdiriblər. 

Eyni zamanda Ermənistan hakimiyyətinin çirkin əməllərini, təcavüzkar siyasətini əks etdirən plakatlarla şəhər sakinlərinin diqqətini çəkiblər.

Qeyd edək ki, etiraz yürüşü sabah Köln şəhərində davam etdiriləcək. 

# 5131
avatar

Oxşar yazılar