Kənd sakinini avtomobil vuraraq öldürdü
18 iyul 2020 11:10 (UTC +04:00)

Kənd sakinini avtomobil vuraraq öldürdü

Astara rayonunda yolu keçmək istəyən piyadanı avtomobil vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında Ələt-Astara-İran İslam Respublikası ilə  dövlət sərhədi avtomobil yolunun rayonun Maşxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran sakini, 1982-ci il təvəllüdlü Ervin Allahverdi oğlu İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomobil həmin ərazidə qaynaq işi ilə məşğul olan Astara rayonunun Şiyəkəran kənd sakini, 1963-cü il təvəllüdlü Yusif Yusif oğlu Babayevi vurub.

Hadisə şahidlərinin sözlərinə görə, Yusif Babayev yolu keçmək istəyərkən hadisə baş verib və elə oradaca ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 3790
avatar

Oxşar yazılar