3706
16:09
17 İyul 2020

Deputatlar şəhid general və polkovnikin məzarlarını ziyarət etdi - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı II Fəxri Xiyabanda Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarlarını ziyarət edib.

APA-nın məlumatına görə, Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlar - Soltan Məmmədov, Elnur Allahverdiyev, Razi Nurullayev, Müşfiq İskəndərov, Rüfət Quliyev şəhid hərbçilərimizin məzarı önünə əklil qoyublar.