Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb.
Hərəkətdə olan “BYD” markalı minik avtomobili yolu keçmək istəyən 59 yaşlı İ.Nəcəfovu vurub.
Piyada dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.