Son günün statistikası: 559 nəfər yoluxub, 545 nəfər sağalıb, 7 nəfər vəfat edib
15 iyul 2020 16:30 (UTC +04:00)

Son günün statistikası: 559 nəfər yoluxub, 545 nəfər sağalıb, 7 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 25 672 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 16 695 nəfər müalicə olunaraq sağalıb, 326 nəfər vəfat edib, 8 651 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 312, ötən müddət ərzində isə ümumilikdə 592 778 test aparılıb.

# 3631
avatar

Oxşar yazılar