2515
19:16
14 İyul 2020

Gizli işləyən idman zalında məşq edənlər saxlanıldı- FOTO

Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az -a verilən məlumata görə, Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən “Fithouse” adlı trinajor zalının fəaliyyəti dayandırılıb. Zalda məşq edən Kamran Həsənli, İlqar Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov, Mehrin Nəcəfov arələrində isə qanunamüvafiq tədbir görülüb.