Laçında traktor minaya düşdü
26 sentyabr 2026 11:52 (UTC +04:00)

Laçında traktor minaya düşdü

0

Laçın rayonunda mina partlayışı baş verib.
 
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, hadisə sentyabrın 25-də işğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində qeydə alınıb.

Ağcabədi rayon sakini 34 yaşlı Quliyev Ülfət Saday oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar