898
09:28
10 İyul 2020

Keçmiş məhkum qadına qarşı soyğunçuluq etdi

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Lent.az -ın məlumatına görə, iyunun 29-da Yasamal rayonu Ş. Mehdiyev küçəsində naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 290 manat əl çantasını soyğunçuluq yolu ilə talayıb qaçarkən Post Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Onun əvvəllər soyğunçuluğa görə məhkum olunmuş, 1969-cu il təvəllüdlü Zakir Aslanov olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.