Gözəl İsmayıllının zibil dərdi - VİDEO
26 sentyabr 2026 12:13 (UTC +04:00)

Gözəl İsmayıllının zibil dərdi - VİDEO

0

Ölkənin gözəl təibəti və böyük turizm potensiallı rayonlarından olan İsmayıllının bəzi küçələri baxımsız qalıb.

Şəhərin mərkəzi küçələrində zibil tullantılarının uzun müddət yığılmadığı, nəticədə antisanitar vəziyyəti yarandığı bildirilir. Bu hal, xüsusən Mədətov küçəsində özünü daha qabarıq büruzə verir.

APA TV-nin əməkdaşı həmin küçədən reportaj hazırlayıb. Sakinlərin sözlərinə görə, məişət tullantılarını aidiyyəti qurumun gəlib götürməsi üçün qapılarının önünə qoyurlar. Lakin həmin qurumun işçiləri tullantıları çox gec götürdükləri üçün ətrafdan üfunət iyi gəlir, heyvanlar zibilləri dağıdır və s. problemlər ortaya çıxır. Onlar bildirir ki, zibil atmağa yer məhdud olduğu üçün insanlar tullantılarını mərkəzi küçənin ətrafını basan böyürtkən kollarının arasına atırlar.

Daha ətraflı videonu izləyin:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar