2275
23:33
09 İyul 2020

189 həmyerlimiz çarter reysi ilə Bakıya gətirildi - FOTO

İyulun 9-da Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırıb.

AZAL-dan APA -ya verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.