Məsut Özilin “Arsenal”dan gedəcəyi tarix bəlli oldu
09 iyul 2020 14:43 (UTC +04:00)

Məsut Özilin “Arsenal”dan gedəcəyi tarix bəlli oldu


Almaniya millisinin sabiq futbolçusu Məsut Özilin çıxış etdiyi İngiltərə “Arsenal”ından ayrılacağı vaxt müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi gələn ilin yayında müqaviləsi başa çatandan sonra London təmsilçisini tərk edəcək.

Azad agent statusu alacaq futbolçu karyerasını davam etdirə biləcəyi ölkələrlə bağlı da qərar verib. Özil Türkiyə və ABŞ klublarından birinə keçəcək.

Qeyd edək ki, Özil 2013-cü ildən “Arsenal”ın şərəfini qoruyur.

# 4021
avatar

Oxşar yazılar