Zərdabda ağır qəza: 5 nəfər yanaraq öldü  - YENİLƏNİB  - VİDEO
09 sentyabr 2026 09:29 (UTC +04:00)

Zərdabda ağır qəza: 5 nəfər yanaraq öldü - YENİLƏNİB - VİDEO

1

Zərdab–Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin həyatını itirməsi, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının həyati əhəmiyyətini bir daha önə çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərin diqqətinə çatdırır ki, yol hərəkəti qaydalarına ciddi riayət edilməli, texnikanın sazlığı mütəmadi yoxlanılmalı, işıq cihazlarından və işıqəks etdirən tanınma vasitələrindən düzgün istifadə olunmalı, hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir.

Eyni zamanda, digər nəqliyyat vasitələrinin sürücüləri sürəti yol və hərəkət şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı, qarşıdakı yol sahəsini daim nəzarətdə saxlamalı və riskli manevrlərdən çəkinməlidirlər.

Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasız münasibət ağır, geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, diqqətli və məsuliyyətli olmağa çağırır.

***
00:38

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda baş verib.

Belə ki, "KİA" markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

İlkin məlumata əsasən hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1856

Oxşar yazılar