1540
19:40
09 İyul 2020

Bıçaqla qorxudub 500 manatını aldı

Sabunçuda quldurluq hadisəsi olub.

DİN mətbuat xidmətindən Lent.az -a verilən xəbərə görə, iyulun 8-də Bakı şəhər sakini T.Zeynalov bıçaqla hədələnərək 500 manat pulu alınıb.

Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Şahalıyev saxlanılıb.