Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO
08 iyul 2020 18:42 (UTC +04:00)

Evdən çıxan koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO

Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayaşan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb. 

Qeyd edək ki Kərimov İbrahim Ramazan oğlu barəsində Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Şəxs Polisin nəzarətinə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4446

Oxşar yazılar