1675
17:20
01 İyun 2020

Bakıda evdə daha bir meyit tapıldı

Bakıda mənzildə meyit tapılıb.

Lent.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 77 yaşlı Semyoniçeva Cəmilə Qaraxan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.