12:30
11 May 2020

"Qarabağ"ın futbolçusu bu məşhur kluba keçə bilər

"Qarabağ"ın futbolçusu Abdullah Zubir Yunanıstanda oynaya bilər.

Bu barədə Yunanıstanın "Newspao" nəşri məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin "Panatinaikos"a təklif olunduğu vurğulanıb. Klubun bu təklifi nəzərdən keçirdiyi bildirilib.

Xəbərdə Zubirin bu yay azad agent olacağı üçün daha yaxşı müqavilə ilə daha böyük liqaya keçməyə hazır olduğu yazılıb.

Qeyd edək ki, Zubirin Ağdam təmsilçisi ilə müqaviləsi bu yay başa çatır. /qol.az

Dİgər xəbərlər