Türkiyəli məşhur müğənni Seda Sayan oğlu Oğulcan Enginlə aktrisa İlayda Alişanın münasibəti barədə açıqlama verib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, təxminən 3 ildir sevgili olan cütlüyün münasibətinin davam etdiyini bildirən Seda Sayan onların artıq evlənməsini istədiyini deyib.
“Oğlum mənim göz bəbəyimdir. İlayda Alişanla evlənsinlər istəyirəm. Artıq ayıbdır deyirəm. Evlilik gözəldir”, - deyə, Seda Sayan bildirib.
İlayda Alişan isə daha əvvəl qatıldığı “YouTube” proqramlarından birində Oğulcan Enginlə münasibəti barədə danışıb.
Aktrisa Seda Sayana heyran olduğunu bildirərək, “Ən sevdiyim müğənni Seda Sayandır. Gələcəklə bağlı planlar qurmuram. Anı yaşamağa üstünlük verirəm”, – deyib.