15:07
06 May 2020

Bu məşhur güzgü yolu ilə arıqladı - FOTOLENT

Pandemiya dövründə formada qalmağın yollarını tapanlardan biri də Niderlandın məşhur model, teleaparıcı və aktrisası Sylvie Meisdir. Lent.az -ın xarici KİV-ə istinadən məlumatına görə, bir zamanların tanınmış futbolçusu Rafael van der Vaart ilə evliliyini son qoyan Meis ikinci dəfə nikah masasına oturmağa hazırlaşır.

Aktrisa artıq həyatında yeni bir səhifə açır. Sənətçi sevgilisi Niclas Castello ilə toy öncəsi formada qalmağa çalışır.

Meis koronaviruslu günlərdə idman zallarındakı sıxlıqdan qaçaraq müasir texnologiyanın son yeniliklərindən faydalanır. İllər öncə süd vəzi xərçənginə yoluxub müalicə alan və xəstəliyə qalib gələn Sylvie Meis formada qalmaq üçün güzgü üsulundan istifadə edir. Bu zaman şəxsi məşqçisi güzgüdə ona etməli olduğu hərəkəti göstərir.

Lent.az həmin fotoları sizə təqdim edir.

Banu

Dİgər xəbərlər