1420
10:47
27 Aprel 2020

“Bakıdan bölgələrə mədəni marşrut” davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxananın başlatdığı “Bakıdan bölgələrə mədəni marşrut” layihəsi davam edir.

İdarədən Lent.az -a bildirilib ki, layihənin məqsədi Bakıdakı mədəniyyət müəssisələri ilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələri arasında körpü quraraq maddi irsimizin öyrənilməsi və ötürülməsidir.

Marşrutun növbəti dayanacağı Şəki şəhəri olub. Şəki şəhərinin Xalq Tətbiqi Sənəti Muzeyi, Şəki Xan Sarayı, Şəkixanovların evi ilə sosial media üzərindən videobağlantı həyata keçirilib. Söhbət zamanı virtual sərgi həyata keçirilib, iş təcrübəsi bölüşülüb.

M.Ə.Sabir adına şəhər kütləvi kitabxana kollektivi Şəkinin Azərbaycan elminə, ədəbiyyatına və mədəniyyətinə bəxş etdiyi şəxsiyyətlər barədə videoçarx hazırlayıb.

Kitabxana olaraq paytaxtdakı və bölgələrdəki müəssisələrin “Bakıdan bölgələrə mədəni marşrut” layihəsinə qoşulmağa və bununla da mədəni irsimizi daha geniş yaymağa dəvət edir.

Qeyd edək ki, Şəki şəhər mədəniyyət və turizm ocaqları milli ornamentlərin öyrənilməsinə xidmət edən bənzər videolar hazırlayacaq.