"Trenddə olanlar 3-cü dərəcəlidir" - Xatirənin sözünü açdı...
07 aprel 2020 17:23 (UTC +04:00)

"Trenddə olanlar 3-cü dərəcəlidir" - Xatirənin sözünü açdı...

Əməkdar artist Vasif Məhərrəmli "Youtube" da trendə düşməkləri ilə öyünən məşhurlar barəsində danışıb.

Lent.az-a açıqlama verən müğənni bildirib ki, özünü trendə layiq bilmir:

"Xatirə ilə  "Viranə" adlı duetim çıxanda ona zəng edib dedim ki, gəl, mahnını pul verib trendə salaq. O da söylədi ki, trend bizim yer deyil. Trenddə 3-cü dərəcəli müğənnilər olur. Ondan sonra trendə mahnı salmaq istəmədim. Kim nə qazanırsa, halal xoşları olsun. Heç kimin qazancında gözüm yoxdur. Şükürlər olsun ki, indi 5 təlabatlı müğənni varsa, onun biri mənəm. Buna görə də xoşbəxtəm.

Trenddə olanlara demək istəyirəm ki, bununla öyünmək lazım deyil. Məsələn, mən bu sənətdə çox iş görmüşəm. Amma bircə öyündüyüm 2017-ci ildə prezidentimizin sərəncamı ilə Əməkdar artist adına layiq görülməyim oldu". 

# 1964
avatar

Yalçın UĞUR

Oxşar yazılar