2782
19:38
04 Aprel 2020

Covid-19-un dəqiq analizi üçün bunlar VACİBDİR - VİDEO


Yeni virusun-Covid-19-un ən çox toplandığı yer burun-udlaqdır.

e-tibb.az xəbər verir ki, bunu qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim Aydın Talışinski APA TV-nin “Öncə sağlıq” proqramında deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən virusla bağlı analiz üçün yaxma burun-udlaqdan götürülür. Həkim qeyd edib ki, analiz götürmək üçün olan test çubuğunu burun girişindən təxminın 9 sm. dərinə salıb yaxma götürməklə dəqiq nəticə əldə etmək mümkün olur: “Əks halda bizim “yalançı mənfi” dediyimiz cavablar qeydə alına bilər. Yəni virusa yoluxma olduğu halda yaxma məhz həmin yerdən götürülmədiyinə görə pozitiv cavab olur. Xarici ölkələrin bir çoxunda belə hallar qeydə alınıb. Bu, burun yaxması deyil. Burun sərhədinin bitdiyi, udlağın başladığı yerdir. Yaxma məhz udlaqqdan götürülür. Udlağın 3 səviyyəsi var, yaxma götürülməli olan yer yuxarı səviyyə olduğu üçün burun-udlaq adlandırılır”...

Mütəxəssis, virsun ən çox qapalı mühitdə yayıldığını vurulayaraq otaqlarda tez-tez havanı dəyişməyi tövsiyə edib. O, Covid-19-un müalicəsi, diaqnozunun qoyulması barədə bir çox məqamlara toxunub.

Daha ətraflı videoada tanış ola bilərsiniz.