752
16:36
04 Aprel 2020

Rusiyada yaşayış binasında partlayış olub: ölən və yaralılar var


Moskva vilayətinin Orexovo-Zuyevo şəhərində yaşayış binasında partlayış baş verib.

APA-nın Rusiya bürosunun məlumatına görə, hadisə Qaqarin küçəsi ev 31 ünvanında, beşmərtəbəli binada baş verib.

Fövqəladə Hallar Nazirliyi partlayışa qaz sızmasının səbəb olduğu haqda xəbər yayıb.

Nəticədə binanın bir bloku beşinci mərtəbədən ikinci mərtəbəyə kimi çöküb, digər bloklardan sakinlər təxliyə olunub.

Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.