Suriyada son 3 ayda bu qədər insan müharibənin qurbanı oldu
01 aprel 2020 19:10 (UTC +04:00)

Suriyada son 3 ayda bu qədər insan müharibənin qurbanı oldu

Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) mülki insan tələfatı ilə bağlı yaydığı mart ayı hesabatına görə, ötən ay edilən hücumlar və qarşıdurmalar nəticəsində ölkədə 145 mülki şəxs həyatını itirib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir ayda ölənlərin 28-i uşaq, 16-sı qadın olub.

Ümumiyyətlə, Suriyada bu il ölkədəki daxili müharibə nəticəsində 707 mülki vətəndaş dünyasını dəyişib. Onlardan 286-sı yanvar, 276-sı fevral, 145 isə martda ölənlərdir. Hesabatda ölənlərdən 14-nün işgəncə görərək öldüyü açıqlanıb. Onlardan 12-nin rejim tərəfindən işgəncəyə məruz qaldığı qeyd olunub.

 

 

# 2132
avatar

Aygün İbrahimli

Oxşar yazılar