Fransada daha 292 nəfər koronavirusdan öldü
30 mart 2020 03:05 (UTC +04:00)

Fransada daha 292 nəfər koronavirusdan öldü

 

Fransada son bir gündə təxminən 300 nəfər yeni növ koronavirusdan ölüb, ölənlərin sayı ümumilikdə 2,6 mini keçib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon bildirib.

“Martın 1-dən bu yana xəstəxanalarda 2606 ölüm hadisəsi qeydə alınıb. Son 24 saat ərzində 292 nəfər ölüb”, - deyə Salomon qeyd edib. Eyni zamanda, bu müddət ərzində 7 mindən çox insanın sağaldığı və xəstəxanalardan buraxıldığı vurğulanıb.

Onun sözlərinə görə, Fransada koronavirus infeksiyasına yoluxma hallarının sayı ümumilikdə təxminən 40,2 min nəfərdir. Hazırda ölkədə 19 mindən çox şəxs xəstəxanalardadır: “Bunlardan təqribən 4,6 min insan reanimasiyadadır. Onların üçdə biri 60 yaşına qədər insanlardır”.

Bildirilir ki, “virusun yayılması ilə bağlı vəziyyət pisləşməkdə davam edir”.

# 1358
avatar

Oxşar yazılar