1148
10:53
29 Mart 2020

Göz həkimlərindən virus XƏBƏRDARLIĞI: Eynəklə qorunun, linzaları...

Koronavirsun əsasən üç yolla - ağız, burun və gözlərdən yoluxduğu məlumdur. Yoluxmuş şəxsin öskürməsi, asqırması nəticəsində ətrafa yayılan hiccəciklər orqanizmə burun, gözlər və ağızdan daxil olur. Virusların çökdüyü səthlərə təmas edib əlləri ağıza, buruna, gözlərə vurmaqla yoluxmaq mümkündür. Ona görə də mütəxəssilər əlləri yumadan, dezinfeksiya etmədən gözlərə, buruna, ağıza vurmamağı tövsiyə edirlər.

Türkiyədən olan oftalmoloq, professor Banu Açıkalın mediaya açıqlamasında gözləri həm də eynəklə qorunmağı tövsiyə edib. Onun sözlərinə görə, eynək bir baryer funksiyasını oynayaraq gözdən yoluxmanı azalda bilər. Bununla əllərin gözlə təması da azalar. Həkim, həmçinin eynəkləri uyğun dezinfesksiyaedicilərlərlə tez-tez silməyi də tövsiyə edib.

Başqa bir oftalmoloq, professor Ümit Kamış bu dönəmdə linza istifadəsinin virusa yoluxma riskini artıra biləcəyini vurğulayaraq, konkat linzalardan mümkün qədər istifadə etməməyə, onları eynəklə əvəzləməyə çağırıb.

Qeyd edək ki, Azərbaycandan olan oftalmoloq, uzman həkim Mehriban Əlizadə də e-tibb.az-a yazdığı məqalədə koronavirusa yoluxmanının qarşısını almaq üçün linza əvəzinə eynəkdən istifadə etməyi tövsiyə edib.

Ətraflı linkdə: https://e-tibb.az/xeber/gozlerimizi-koronavirusdan-nece-qoruyaq-1664