Teymur Rəcəbovdan turnirin dayandırılmasına cavab: "Heç kim mənim..."
26 mart 2020 19:27 (UTC +04:00)

Teymur Rəcəbovdan turnirin dayandırılmasına cavab: "Heç kim mənim..."


Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçılar turnirinin I dövrədən sonra yarımçıq dayandırılmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, yarışda iştirak üçün vəsiqə qazanan, lakin koronavirus pandemiyasının yayılması üzündən Rusiyaya yollanmaqdan boyun qaçıran qrossmeyster instaqram səhifəsində paylaşım edib.

Teymur FİDE-nin turniri 7 turdan sonra dayandırmasına qısa cavab verməyi lazım bilib: “Heç bir söz mənim indiki hisslərimi ifadə edə bilməz”.

Qeyd edək ki, Rəcəbov hələ yarış start götürməzdən onun təxirə salınması tələbi ilə sürüb, FİDE-nin turniri keçirməkdə israrlı olması üzündən turnirdə oynamaq istəməyib.

# 849
avatar

Oxşar yazılar