Bu ölkədə də məktəblər və iaşə obyektləri bağlanır: son 48 saat...
23 mart 2020 10:32 (UTC +04:00)

Bu ölkədə də məktəblər və iaşə obyektləri bağlanır: son 48 saat...

 

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bazar ertəsi ölkənin ən yüksək həyəcan səviyyəsinə keçəcəyini, ehtiyac duyulmayan bütün xidmətlər, məktəblər və ofislərin növbəti 48 saat ərzində bağlanacağını bəyan edib.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, göstərişə əsasən, ölkədə bar, kafe, restoran və kinoteatrların fəaliyyəti dayandırılacaq. Lakin qərar supermarket və apteklərə şamil edilmir.

Baş nazir qeyd edib ki, ölkədə koronavirusa qarşı mübarizədə ciddi tədbirlər görməkdədir.

# 1364
avatar

Oxşar yazılar