756
13:59
05 Mart 2020

Gürcüstanda azərbaycanlı vəzifəli şəxs həbs edildi - SƏBƏB

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Anti-Korrupsiya Agentliyi Qardabani meriyasının azərbaycanlıların yaşadığı Candar kəndinə təyin edilmiş nümayəndəsi Ə.Məmmədovu saxlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, saxlanılan şəxs dövlət əmlakını talamaqda və rüşvət almaqda ittiham edilir. Məlumata görə, həmin şəxs Türkiyə vətəndaşından 30 min lari alaraq dövlətə məxsus torpaqları bir il müddətinə ona icarəyə verib.

İttihamlar təsdiq olunarsa, saxlanılan şəxsi 7 ildən 11 ilədək həbs edilə bilər.