Bir vaxtlar demək olar ki, tarixə qovuşduğu düşünülən kompakt disklərə maraq yenidən artır.
Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
ABŞ-da musiqi bazarının gəlirlərində fiziki daşıyıcıların yenidən diqqət çəkməsi müşahidə olunur. Vinil plastinkaların əvvəlki illərdə başlayan geri dönüşündən sonra CD formatına da maraq yaranıb.
Ekspertlər bunu gənc auditoriyanın fiziki musiqi kolleksiyalarına marağı, albomların xüsusi buraxılışları və nostalji tendensiyası ilə əlaqələndirirlər. Beləliklə, Spotify və digər rəqəmsal platformaların hökmranlığı dövründə 1990–2000-ci illərin CD-si yenidən dəbə minə bilər.