Villiana İspaniyadan təklif
28 fevral 2020 12:16 (UTC +04:00)

Villiana İspaniyadan təklif

 


“Çelsi”nin futbolçusu Villian karyerasını İspaniyada davam etdirə bilər. 

Lent.az-ın “Mundo Deportivo” nəşrinə istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi ilə “Atletiko” yaxından maraqlanır.

Madrid klubu təcrübəli futbolçunu yayda heyətinə qatmaq niyyətindədir. İndidən danışıqlara start verən ispanlar Villianı razı salmağa çalışırlar. “Sambaçı”nın “Çelsi” ilə müqaviləsinin müddəti iyunda başa çatacaq. Bu mənada, onun İspaniyaya köçmək ehtimalı yüksək dəyərləndirilir. “Atletiko”nun baş məşqçisi Dieqo Simeone rəhbərliklə söhbətində heyətin gücləndirilməsini, əks təqdirdə iş yerini dəyişə biləcəyini deyib.

Qeyd edək ki, 2013-cü ildən “Çelsi”nin formasını geyinən Villian “zadəganlar”ın heyətində cari mövsümdə 34 oyunda 5 qol vurub.

# 1150
avatar

Rizvan Babayev

Oxşar yazılar