Çin Pakistana 100 min ördək göndərir – DƏSTƏK ÜÇÜN
27 fevral 2020 19:45 (UTC +04:00)

Çin Pakistana 100 min ördək göndərir – DƏSTƏK ÜÇÜN

Çin Pakistanın çəyirtkələrlə mübarizəsinə dəstək məqsədilə 100 min ördəyi bu ölkəyə göndərəcək.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “çəyirtkələrin təbii düşməni” sayılan ördəklər 20 il əvvəl çəyirtkə hücumlarının qarşısını alıb.

Xəbərdə qeyd olunub ki, bir toyuq gündə 70 çəyirtkə yeyirsə, ördək gün ərzində 200 çəyirtkə yeyə bilir.

Hazırda çəyirtkələrə qarşı mübarizə aparmaq üçün Çinin elm adamları Pakistana texniki dəstək verir.

Xəbərdə o da qeyd edilib ki, ördəklər Pakistana bu ilin sonu və ya gələn ilin əvvəlində göndəriləcək.

Qeyd edək ki, son aylarda Pakistan çəyirgtə sürülərinin verdiyi ziyandan əziyyət çəkir.

 

# 2334
avatar

Aygün İbrahimli

Oxşar yazılar