2054
15:28
20 Fevral 2020

“Mənə yox, özünə əsəbiləşmişdi” - Joze Mourinyo

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo futbolçusu Dele Allinin Çempionlar Liqasında "Leyptsiq"lə oyunda (0:1) əvəzləndikdən sonra əsəbləşməsini şərh edib.

Lent.az -ın məlumatına görə, o, 23 yaşlı yarımmüdafiəçinin meydanı tərk edəndən sonra əvvəlcə “butulka”, sonra butslarını yerə atması haqda danışıb.

Mourinyo Allinin aqressiv reaksiyasının ona qarşı olmadığını qeyd edib: "Düşünürəm ki, Dele mənə yox, özünə əsəbiləşmişdi. Çünki ondan gözlədiyim oyunu göstərə bilmədi. Fikrimcə, Dele nə üçün əvəzləndiyini başa düşüb. Məhz bu dəyişiklikdən sonra komandanın oyununda bəzi komponentlər yaxşılaşdı”.

Qeyd edək ki, Dele Alli qarşılaşmanın 64-cü dəqiqəsində N Dombele Alvaro ilə əvəzlənib.