Qadını vurub qaçan sürücü saxlanıldı
20 fevral 2020 11:45 (UTC +04:00)

Qadını vurub qaçan sürücü saxlanıldı

Nəsimi rayonunda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, fevralın 19-da saat 8 radələrində Nəsimi rayonu ərazisində piyada keçidində müəyyən edilməyən avtomobil yolu keçən Bakı şəhər sakini V.Ələkbərovanı vurub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü, Neftçala rayon sakini N.Cəfərov saxlanılıb.

Araşdırma aparılır.

# 1660
avatar

Mehman Nəbiyev

Oxşar yazılar