İmişlidə baş verən qəzada ölənlərin sayı artıb - YENİLƏNİB
15 fevral 2020 11:11 (UTC +04:00)

İmişlidə baş verən qəzada ölənlərin sayı artıb - YENİLƏNİB

 

İmişlidə baş verən qəzada ölənlərin sayı artıb. 

Qəza zamanı xəsarət alan 14 yaşlı İsayev Məhəmməd Cəfər oğlu aldığı ağır xəsarətlərdən  reanimasiya şöbəsində dünyasını dəyişib.

***

14 fevral, saat 21:41

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Şahverdili kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Həsənov Nizami Məhərrəm oğlu dünyasını dəyişib. Avtomobildə olan 14 yaşlı Məhəmməd adlı yeniyetmə ağır vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişin 1996-cı il təvəllüdlü Məmmədov İbrahim Etibar oğlu yüngül xəsarət alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3528

Oxşar yazılar