Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı MÜRACİƏT
05 fevral 2020 17:55 (UTC +04:00)

Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı MÜRACİƏT

Son günlər bəzi sosial şəbəkələr və ayrı-ayrı internet informasiya resurslarında Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə müxtəlif anonim informasiyalar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması təmin olunacaq.

İstintaq-əməliyyat qrupu həmin qətllə bağlı məlumatlı olan şəxslərdən +99412 440 75 25 və +99412 440 79 25 nömrəli telefonlara zəng vurmalarını xahiş edir. 

Məlumat verən şəxslərin anonimliyi və təhlükəsizliyinə təminat verilir.

Kütləvi informasiya vasitələrinə aidiyyəti dövlət qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmələr aparılmadan istintaqın maraqlarına zidd olmaqla konfidensial informasiya hesab edilən məlumatların yayılmasına yol verməmələri bir daha tövsiyə edilir.

İstintaqın gedişatı ilə bağlı zərurət yarandıqda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

# 2556
avatar

Mehman Nəbiyev

Oxşar yazılar