Yeni doğulan uşaq anasından koronavirusa yoluxdu
05 fevral 2020 16:54 (UTC +04:00)

Yeni doğulan uşaq anasından koronavirusa yoluxdu

Koronavirusun ortaya çıxdığı Çinin Uhan şəhərində virusa yoluxan körpə dünyaya gəlib.

Lent.az xəbər verir ki, körpəni koronavirusa yoluxan qadın dünyaya gətirib. Virus anadan körpəyə keçib. Həkimlər hamilə qadınların dünyaya gətirəcəkləri körpələrdə virusun ola biləcəyi ehtimalını irəli sürmüşdülər və ehtimal təsdiqlənib.

Doğulan körpədə virusun siptomları 30 saat sonra özünü göstərib.

Qeyd edək ki, Çin, ABŞ, Yaponiya, Tayland, Almanya, Sinqapur, Cənubi Koreya, Avstraliya, Tayvan, Malayza, Vyetnam, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Hindistan, Filippin, Rusiya, İtaliya, İngiltərə, Belçika, Nepal, Sri Lanka, İsveç, İspaniya, Kamboça və Finlandiya daxil olmaqla ümumillikdə  25 ölkədə 24 min 500-dən çox insanda aşkarlanan virus 492 insanın ölümünə yol açıb.

Son 24 saatda 67 insan koronavirusa yoluxma səbəbindən dünyasını dəyişib.

 

 

 

# 1820
avatar

Aygün İbrahimli

Oxşar yazılar