958
09:13
04 Fevral 2020

Bu ərazilərdə su olmayacaq

Magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 04 fevral 2020-ci il tarixində gün ərzində Hacıqabul rayonunun Atbulaq, Navahı, Qızılburun, həmçinin Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinə, Səngəçal qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Bu barədə Lent.az -a “Azərsu”dan məlumat verilib.


Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.