312 nəfər deputatlığa namizədliyini geri götürüb
31 yanvar 2020 08:51 (UTC +04:00)

312 nəfər deputatlığa namizədliyini geri götürüb


Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

APA-nın Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən verdiyi məlumata görə, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 312 nəfəri deputatlığa namizədliyini geri götürüb.

Başqa sözlə, yanvarın 30-da Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərdən daha 10 nəfər namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1325 nəfərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1414

Oxşar yazılar