Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov "Space" TV-nin "Sadə həqiqətlər” verilişinin qonağı olub.
Lent.az-ın məlumatına görə, T.Əhmədov bildirib ki, rəis olduğu müddətdə dövlətin pulunu mənimsəməyib:
"Metronun yanında 21 mərtəbəli bina tikmək üçün sahibkar yanıma gəldi. Ona dedim ki, 21 mərtəbəli binanı yerləşdirmək üçün işləyəcəm, amma haqqı budur. Hazırda dövlətdən 3640 manat pensiya, 1000 manat YAP-dan, 1500 manat da kafedra müdiri kimi maaş alıram. Vicdanıma and olsun ki, dövlətdən bir manat götürməmişəm".