Bakıda 3 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir
23 yanvar 2020 15:36 (UTC +04:00)

Bakıda 3 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

Vətəndaş müraciətləri nəzərə alınaraq, 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata əsasən, 117 saylı müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməklə “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edəcəklər. Agentlikdən verilən məlumata görə, “Binə” və “Sədərək” ticarət mərkəzlərini birləşdirən yolun vəziyyəti qənaətbəxş olmadığından avtobusların buradan keçməsi çətinliklər yaradırdı. Bu hal sərnişinlərin də ciddi narahatlığına səbəb olurdu.

185 saylı müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən isə avtobuslar Yusif Vəliyev - Dadaş Vasif - İsrafil Məmmədov küçələrindən keçməklə hərəkət edəcək.

206 saylı müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Lökbatan qəsəbəsi “Təzə evlər” adlanan əraziyədək hərəkət edəcək. Bu isə həmin ərazidə yaşayan sakinlərin “Elmlər Akademiyası” metro stansiyası istiqamətində rahat gediş-gəlişinin təmin edilməsinə imkan verəcək.

Dəyişikliklər yanvarın 25-dən tətbiq ediləcək.

# 2138
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar