İki avtomobil toqquşub, xəsarət alan var
22 yanvar 2020 19:20 (UTC +04:00)

İki avtomobil toqquşub, xəsarət alan var

 

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nazikkənd kəndindən keçən hisssəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili "KamAZ" markalı avtomobilə çırpılıb.

Nəticədə 1 nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1097

Oxşar yazılar