Amansız qatil, 22 nəfəri öldürən  “Saşa Soldat”ın TÜKƏNMƏZ SƏRVƏTİ  -VİDEO
29 sentyabr 2026 11:27 (UTC +04:00)

Amansız qatil, 22 nəfəri öldürən “Saşa Soldat”ın TÜKƏNMƏZ SƏRVƏTİ -VİDEO

0

Rusiyanın ən amansız muzdlu qatillərindən biri kimi tanınan Aleksandr Pustovalov uzun müddətdən sonra Moskva vilayətində görüntülənib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kriminal aləmdə “Saşa Soldat” ləqəbi ilə tanınan keçmiş dəniz piyadası Orexovo cinayətkar qruplaşmasının əsas muzdlu qatillərindən biri olub. Onun 22 nəfərin qətlində iştirak etdiyi bildirilir.

53 yaşlı Pustovalovun görünüşündə ciddi dəyişiklik olmadığı qeyd edilir. O, taktiki geyimlərdən istifadə edir, mütəmadi idmanla məşğul olur və üzünü papaqla gizlətməyə çalışır. Keçmiş məhbusun geyimlərinin ümumi dəyərinin təxminən 90 min rubl olduğu hesablanıb.

Pustovalov 24 illik həbsdən sonra 2023-cü ilin noyabrında Tver vilayətindəki cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Jurnalistlərdən və keçmiş düşmənlərindən yayınması üçün onun nəzərdə tutulan tarixdən üç gün əvvəl sərbəst buraxıldığı iddia olunur.

Saşanın 24 illik həbsdən sonra imkanlı həyatı diqqət çəkib. Onun bahalı taktiki geyimlərdən istifadə etdiyi, xüsusi hazırlanan, güllə keçirməyən “CİP” sürdüyü və Moskva vilayətində bağ evində yaşadığı bildirilir. Keçmiş killerin milyonlarla ölçülən sərvətinin mənbəyi isə hələ də sirr olaraq qalır, məsələ böyük maraq doğurmağa davam edir.

Hazırda o, Moskva vilayətində bağ evində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Həbsxanada avtomobil salonlarının üzlənməsini öyrənən Pustovalov azadlığa çıxdıqdan sonra avtomobilinin salonunu özü qırmızı dəri ilə yeniləyib.

Noyabrda onun üzərindəki inzibati nəzarət müddətinin başa çatacağı gözlənilir. Bundan sonra Pustovalovun həyat yoldaşı və 14 yaşlı oğlu ilə birlikdə ABŞ-a köçə biləcəyi bildirilir. Onun oğlunun ABŞ vətəndaşlığına sahib olduğu qeyd olunur.

Aleksandr Pustovalov 1990-cı illərdə qətllər zamanı müxtəlif obrazlara girərək izini itirməsi ilə tanınıb. O, həbs olunduğu gündən bəri jurnalistlərə müsahibə verməyib və uzun müddət yaşadığı yeri gizli saxlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar