Göygöldə oğurluq edən Naxçıvanda tutuldu
18 yanvar 2020 17:59 (UTC +04:00)

Göygöldə oğurluq edən Naxçıvanda tutuldu

 

 

 

Göygöl rayon sakini Aydın Cəfərov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq, oradan ümumi dəyəri 12520 manat olan müxtəlif növ məişət əşyalarını oğurladığını bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin evi təmir edən, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan, Gəncə şəhərində müvəqqəti yaşayan 29 yaşlı Elvin Abbasov Muxtar Respublikada saxlanılaraq Göygöl rayon Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edərək oğurladığı məişət əşyalarını satdığını bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

# 1498
avatar

Mehman Nəbiyev

Oxşar yazılar