Aktrisa 36 yaşında  dünyasını dəyişdi
17 avqust 2026 13:52 (UTC +04:00)

Aktrisa 36 yaşında dünyasını dəyişdi

0

“Heroes” serialında Claire Bennet obrazı ilə məşhurlaşan amerikalı aktrisa Hayden Panettiere vəfat edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı aktrisanın ölüm xəbərini atası Skip Panettiere təsdiqləyib.

Ailəsi Hayden Panettierenin ölümündən dərin kədər hissi keçirdiyini bildirib və bu ağır dövrdə şəxsi həyatlarına hörmət edilməsini istəyib.

Aktrisanın dəqiq ölüm səbəbi hələ açıqlanmayıb. Məlumata görə, hadisə ilə bağlı polis araşdırması davam edir. Panettierenin son vaxtlar bel ağrılarından şikayət etdiyi də iddia olunur.

Hayden Panettiere karyerasına uşaq yaşlarından başlayıb. O, “Remember the Titans” filmində rol aldıqdan sonra “Heroes” serialında Claire Bennet obrazı ilə dünya şöhrəti qazanıb. Daha sonra “Nashville” serialında Juliette Barnes, “Scream” seriyasında isə Kirby Reed obrazını canlandırıb. Aktrisa “Until Dawn” video oyunundakı performansı ilə də tanınıb.

Panettierenin keçmiş nişanlısı, ukraynalı boksçu Vladimir Kliçkodan Kaya adlı 11 yaşlı qızı var.

Aktrisa 2023-cü ildə 28 yaşlı qardaşı Jansen Panettiereni itirib. O, bu ilin mayında yayımlanan “This Is Me: A Reckoning” adlı xatirə kitabında uşaqlıqdan məşhur olmağın yaratdığı çətinliklərdən, şəxsi həyatından və yaşadığı ağır dövrlərdən bəhs edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar