“Toyota” uçan taksi üçün 394 milyon dollar xərclədi
16 yanvar 2020 19:18 (UTC +04:00)

“Toyota” uçan taksi üçün 394 milyon dollar xərclədi

Yaponiyanın nəhəng avtomobil korporasiyası “Toyota” uçan nəqliyyat vasitələrinin hazırlanması və istehsalı ilə məşğul olan ABŞ-ın “Joby Aviation” şirkətinə 394 milyon dollar sərmayə qoyur.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, "hava daşımaları “Toyota” şirkətinin uzunmüddətli hədəfi idi.

Hələ ki avtomobil biznesində işimizi davam etdiririk, indiki razılaşma isə bizə səmaya baxış yönəltməyə imkan verir. Biz “Joby” şirkəti ilə birgə hava daşımaları məsələsini həll etmək və nəqliyyat sahəsində dəyişikliklər üçün potensialı inkişaf etdirmək niyyətindəyik" – deyə “Toyota” şirkətinin prezidenti Akio Toeda qeyd edib.

Hər iki şirkət uçan taksi texnologiyalarını sonrakı kütləvi istehsal məqsədi ilə inkişaf etdirmək niyyətindədir. Tərəflər əməkdaşlığın daha konkret planlarını sonra elan edəcəklər.

Hazırda “Joby Aviation” artıq 6 rotor və elektrik mühərrikinə malik “S4” modelinə malikdir. Bu nəqliyyat vasitəsi 4 sərnişini təxminən 200 km məsafəyə daşımaq imkanına malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836

Oxşar yazılar